!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sürücülərə xəbərdarlıq edildi

!Reklam – Yazi

2d398d018edf5f9c0fdb46a2b4f02358Respublika Baş Dövlət Yol Polisi İdarəsi havaların isti keçməsilə əlaqədar sürücülərə növbəti dəfə müraciət edib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlamasında bildirdi ki, sürücülərə soyuducu sistemi olmayan avtomobillərdən günün isti vaxtlarında mümkün qədər istifadə etməmək tövsiyə olunur. İdarə rəsmisinin sözlərinə görə, kondisionersiz avtomobillərlə yay aylarında törədilən yol qəzalarının əksəriyyəti günorta saatlarında baş verir: “Günorta vaxtlarında qeydə alınan yol nəqliyyat hadisələri məhz günün qızmar vaxtlarına təsadüf edir. İsti hava, eləcə də havada olan müxtəlif qazlar sürücüyə həm psixoloji, həm də fizioloji təsir edir. Son günlərdə hava temperaturunun ölkə boyu yüksək olmasını nəzərə alaraq nisbətən uzaq məsafədə yola çıxan sürücülərindən kondisioneri olmayan avtomobillərdən saat 12.00-dən 18.00-dək mümükün qədər az istifadə etmələri və soyuducu sistemlə təchiz olunmuş ictimai nəqliyyat vasitələrinə üstünlük vermələri xahiş olunur”.

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından da isti havada avtomobil idarə etməmək tövsiyə edilib. Belə ki, isti havada insanlarda qan qatılaşması zamanı tromb yaranır. Bu da insanda infark, insult və digər xəstəliklərə yol açır və sürücünün idarəetmə qabiliyyətini itirməsinə səbəb olur. İstidən insanın görməsi də pisləşir.

www.yenicag.az

1181
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv