Məlum olduğu kimi, paytaxtda fəaliyyət göstərən 7A marşrut xəttinin hərəkət etdiyi dəhliz üzrə (Gəncə prospekti – Məhəmməd Hadi küçəsi – Qara Qarayev prospekti – Ziya Bünyadov prospekti – Moskva prospekti – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus zolağının tətbiqinə başlanılıb.
Yenicag.az xəbər verir ki, bununla bağlı Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib:
“Bununla əlaqədar bildiririk ki, 11 dekabr 2022-ci il tarixindən fərdi minik avtomobillərinin qeyd olunan dəhliz boyunca xüsusi zolaqlara daxil olması və hərəkəti qadağan edilir. Bu zolaqlarda ictimai nəqliyyatın sərbəst hərəkətinə maneçilik törədən digər nəqliyyat vasitələri sürücülərinə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimə tədbirləri tətbiq ediləcək”.