Sürücülər, diqqətli olun: Görmə məsafəsi azalacaq

Fevralın 20-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq, əsasən, gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

Bu barədə Yenicag.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edək ki, sabah Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə duman olacaq.