Sürücülərə şad xəbər

qarayev_prospekti_temirQara Qarayev prospektinin bir hissəsi təmirdən sonra açılır.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, bu gün axşam saatlarında bir hissəsi bağlı olan Qara Qarayev prospektində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunur.

Qeyd edək ki, təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 5-dən Qara Qarayev prospektinin Naxçıvanski küçəsi ilə kəsişməsindən ( “8-ci km. bazarı” ) Bəhruz Nuriyev küçəsi ilə kəsişməyədək olan hissəsində ( “Laçın” ticarət mərkəzi ) avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunmuşdu.