Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Sürücülərə şad xəbər - Bakının əsas giriş yolu sabah açılacaq

Bakının cənubunda, Bibiheybət məscidi istiqamətində yolda aparılan təmir işlərinin yekunlaşacağı tarix açıqlanıb.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Yenicag.az-a verilən məlumatda bildirilib ki, yolda təmir işləri sabah yekunlaşacaq və yol istifadəyə veriləcək.

Qeyd edək ki, Bibiheybət məscidindən şəhər istiqamətində olan yeni yolda 300 metrdən artıq hissə müəyyən deformasiyalar yaranıb, kiçik həcmli çatlar olub. Martın 4-də yolda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb, təmir işlərinə başlanıb. Yolda bərkitmə işləri görülüb, yarasız qrunt qazılaraq çıxarılıb, yeni yararlı qrunt tökülüb, kipləşdirmə işləri aparılıb, daha sonra isə asfaltlanıb. Eyni zamanda bu qədər hissədə də səth, yağış sularının axıdılması üçün beton küveyt inşa olunub.

www.yenicag.az

1951