Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Sürücülərə və piyadalara XƏBƏRDARLIQ

Ötən gecədən başlayaraq müşahidə edilən güclü küləkli hava şəraiti ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) şəhər yollarında ictimai nəqliyyat infrastrukturuna nəzarəti artırıb.

BNA-dan Yenicag.az-a verilən məlumata görə, küləyin təsirindən yarana biləcək xoşagəlməz halların vaxtında aşkar edilərək aradan qaldırılması üçün zəruri tədbirlər görülür. Bu məqsədlə Agentliyin mobil qurupları yol nişanları və avtobus dayanacaq pavilyonlarına baxış keçirir.

Bu cür hava şəraitinin davam etdiyini nəzərə alaraq sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmaları xahiş edilir. Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edilir.

Sürücülərə isə hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər.

www.yenicag.az

14621
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM