Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saatlarınadək Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 14-75 km-də qəzalar nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik səddlərinin təmiri, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 75-208 km-də (Bakı şəhəri istiqamətində), həmçinin Nərimanov rayonu Aşıq Molla Cümə küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə Yenicag.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Bu üzdən sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.