Sürücülərin DİQQƏTİNƏ – 20 Yanvar dairəsindən bu prospektə giriş bağlanır

Mayın 16-17-də 20 Yanvar dairəsi istiqamətindən Ziya Bünyadov prospektinə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məhdudlaşdırma təmir işləri ilə əlaqədardır.

Sürücülər alternativ olaraq Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.