Sürücülərin DİQQƏTİNƏ! Bu ərazidə hərəkət məhdudlaşdırılacaq

Aparılan təmir işləri ilə əlaqədar bu gecədən Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin Yəhya Hüseynov küçəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu barədə Yenicag.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)bildirilib.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.