Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sürücülərin diqqətinə: Bu ərazidə hərəkət məhdudlaşdırılır

Bakının Xətai rayonunun Məhəmməd Hadi küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar bu gecə Ukrayna dairəsində hərəkət məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  Yenicag.az-a verilən məlumata görə, küçədə asfalt-beton örtüyünün yenilənməsi işlərinə start verilir.

Bununla əlaqədar olaraq dairədən Gəncə prospekti, Neapol küçəsi və Məhəmməd Hadi küçəsinin “Əhmədli” metr ostansiyası istiqamətində hərəkət qismən məhdudlaşdırılacaq.

Ukrayna dairəsində təmir işləri bir-neçə gün davam edəcək. Bu müddət ərzində dairədə hissə-hissə hərəkət müəyyən istiqamətlər üzrə məhdudlaşdırılacaq.

Sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

www.yenicag.az

1067
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100