Sürücülərin diqqətinə – Bu küçələr rənglənir

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Bakı şəhəri, Mətbuat və Həsən bəy Zərdabi küçələrində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Yenicag.az-a məlumat verilib.

Bildirilir ki, bu səbəbdən sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.