!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sürücülərin diqqətinə: Bu mərkəzi küçələrdə rənglənmə işləri aparılacaq

!Reklam – Yazi

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, İstiqlaliyyət və Niyazi küçələrində həmçinin, Azneft dairəsində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bu barədə Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyinin Yenicag.az-a verilən birgə məlumatında deyilir.

Məlumatda qeyd edilir ki, işlər axşam saat 22:00–da başlayaraq səhər saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

www.yenicag.az

901
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv