!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sürücülərin diqqətinə: bu yol bağlanır

!Reklam – Yazi

Binəqədi rayonu Balaxanı- Binəqədi avtomobil yolunun kəsişməsindən Mehdiabad- Digah yolunun kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti 15 avqust tarixindən etibarən qismən məhdudlaşdırılacaq.

Bu barədə Yenicag.az-a “Azəravtoyol” ASC-dən məlumat verilib. Nəqliyyatın hərəkətinin məhdudlaşdırılması sözügedən ərazidə aparılacaq təmir işləri ilə əlaqədardır.

“Sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək – yəni 4 gün avqust ayının 19- na kimi qüvvədə olacaq. “Azəravtoyol” ASC vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyir, sürücülərdən alternativ yol kimi Zabrat – Məhəmmədi – Pirşağı avtomobil yolundan istifadə etmələrini tövsiyə edir”, – deyə məlumatda vurğulanıb.

Yenicag.az

www.yenicag.az

847
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv