Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli və Təbriz küçələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yenicag.az-a məlumat verilib.
Məlumatda sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.