Sürücülərin diqqətinə: Bu yolda rənglənmə işləri aparılır

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 0-45-ci kilometrliyində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

Bu barədə Yenicag.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.