Sürücülərin diqqətinə – Bu yolda tıxac var

tixac67Hazırda paytaxtın Heydər Əliyev prospektində (metronun Koroğlu stansiyasından şəhər istiqamətində) tıxac var.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, tıxacın səbəbi prospektin sağ kənar yolun üzərindəki tuneldə “KaMAZ” markalı yük avtomobilinin xarab olaraq qalmasıdır.

Şəhərin digər küçə və prospektlərində isə avtonəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir.