Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Sürücülərin diqqətinə - Gecə paytaxtın bu hissəsində hərəkət məhdudlaşdırılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gecə saat 00:00-dan başlayaraq səhər saat 05:00-dək Azadlıq prospektinin Məsud Davudoğlu küçəsi ilə kəsişməsindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən (AAYDA) Yenicag.az-a verilən məlumata görə, bu üzdən sözügedən hissədə qeyd olunan müddət ərzində hərəkət qısa müddətlik məhdudlaşdırılacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək qısa müddətlik narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir.

www.yenicag.az

418