!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sürücülərin diqqətinə: Keyfiyyətli mühərrik yağını bu cür ayırd edin – VİDEO

!Reklam – Yazi

Avtomobil üçün ehtiyyat hissələri kimi mühərrik yağlarının da keyfiyyətli olması əsas şərtlərdəndir. Amma Azərbaycan bazarında satılan yağlar şərtləri qarşılamır. Bazarı araşdıran ekspertlər bu sahədə dövriyyədə 170-dən çox brend tipli və digər məhsulların olduğunu deyir. Onların böyük əksəriyyətinin isə mənşəyi bəlli deyil.

Yenicag.az bildirir ki, ekspert Asiman Əsədov mühərrik yağlarının təsnifatlaşdırılması ilə bağlı problemlərin olduğunu deyir: “Arxasındakı yazılara aldanmaq olmaz. Çünki, bu yazılar məcburi yazılmalıdır. Hansı labaratoriyada öz təsdiqini tapdığını bilsək daha məqsədəuyğun olar. Hazırda daha populyar, daha tanınan yağlara müraciət edilir”.

Digər problem isə, mühərrik yağlarının təsnifatlaşdırılması ilə bağlıdır. Ekpertlərin fikrincə, hazırda bazarda elə yağlar var ki, üzərində bütün avtomobil markaları üçün istifadə oluna biləcəyi ilə bağlı qeydlər var. Bu isə, şübhə doğurmaya bilməz.

Asiman Əsədov çeşidin çox olmağının çaşqınlıq yaratdığını deyib: “Ştrix kodlar var ki, onu təsbit etmək üçün bar-koddan istifadə etmək lazımdır. Hansı ölkəyə aid olduğunu öyrənmək olur. Məsələn, mənim avtomobilim Asiyada istehsal olunub. Mənə niyə Avropa maşınlarına uyğun olan 5×40 yağından və yaxud da ki, 5×30 yağından verirsiz?”

Çeşidin çox olması ilə yanaşı, bəzi hallarda ustaların da yanlış yönləndirməsi sürücülərdə çaşqınlıq yaradır”.

 

 

www.yenicag.az

2402
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv