Sürücülərin diqqətinə: Yol nişanlarına dəyişiklik edilir

Bakıda yol nişanlarına dəyişiklik edilir.

Yenicag.az xəbər verir ki, əvvəllər dayanma və durmanı qadağan edən nişanların olduğu yerdə indi təkcə durmanı qadağan edən yol nişanı qoyulur. Üstəlik, alt hissədə də tələbin təsirli olduğu saat aralığı qeyd edilir.

Artıq bir nəçə gündür, Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən paytaxt yollarında olan bəzi nişanların dəyişilməsinə başlanılıb. Məqsəd parklanmanın daha səmərəli formada idarə edilməsidir.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, hazırda Azadlıq prospekti, Bülbül, S.Vurğun, D.Əliyeva, R.Behbudov və Ü.Hacıbəyov küçələrində ümumilikdə 33 nişan qanunvericiliyin tələbinə uyğun dəyişdilirilib.

“Yol hərəkəti haqqında” qanuna əsasən durmanı qadağan edən bu nişanın təsir zonasında sərnişin mindirib düşürməyə və yük götürüb boşaltmağa icazə verirlir. Digər bir yenilik isə vaxt məhdudiyyəti ilə bağlıdır.

Həmçinin qanunsuz parklanmaya intellektual nəzarət sisteminin kameralarının quraşdırılması işləri çərçivəsində ümumilikdə 360 məntəqədə kameraların quraşdırılması planlaşdırılır və bundan sonra yeni ərazilərdə də nişanlara müvafiq dəyişikliklər ediləcək./xezerxeber.az/

COP29