Sürücülərin nəzərinə!

temizhava20160802Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov mühərrikin işlənmiş qazlarının tərkibinin normativə uyğun olmadığı halda ödəniləcək cərimənin miqdarını açıqlayıb.

Ekspert Ərşad Hüseynov bildirib ki, DYP-nin “Təmiz hava aylığı” üzrə tədbirləri barədə məlumat verərkən kimsə yazıb ki, mühərrikin işlənmiş qazlarının tərkibi normativə uyğun olmazsa, bunun 150 manat cəriməsi var. Ekspert qeyd edib ki, avtomobilin həmin nasazlığı aradan qaldırıla bilmədikdə bu xətanın cəriməsi cəmi 50 manatdır:

“Bu cərimənin 150 manat olması haqqında yayılan məlumatlar əsassızdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 342.5 maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə – əlli manat məbləğində cərimə edilir”.