Sürücülərin nəzərinə: Babək prospektindəki körpü buz bağlayıb

Babək prospektindən Günəşli istiqamətində, eləcə də əks istiqamətdə körpünün üzərində yolun hərəkət hissəsi buz bağlayıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verilib.

“Bu səbəbdən də bir qədər əvvəl körpünün üzərində yol nəqliyyat hadisəsi baş verib”, – deyə o qeyd edib.

Yeniçağ.az