Avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş cərimənin ödənilməsi təmin olunacaq.
Yenicag.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “İnzibati xəta haqqında protokol, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) blanklarının aidiyyəti orqanların sifarişi əsasında hazırlanması, saxlanılması, uçotu və təqdim edilməsi Qaydaları”na etdiyi dəyişiklikdə əksini tapıb.
Beləliklə, nəqliyyat vasitələrinin dövlət qeydiyyatı, texniki baxışı, habelə sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi zamanı yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalarla yanaşı, həm də avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş cərimənin ödənilməsi təmin olunacaq.