Müzəffər Həsənov küçəsinin bir hissəsi ilə hərəkət məhdudlaşdırılır.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumatda deyilir.
“Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq, 4 may səhər saatlarından etibarən Müzəffər Həsənov küçəsinin 20 Yanvar dairəsi ilə kəsişməsindən Mirzə Abbas Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq. Yarana biləcək müvəqqəti çətinliyə görə AAYDA vətəndaşlardan üzr istəyir”, – deyə məlumatda bildirilib.