Sürücülərin nəzərinə – Bu yolda sürət həddi artırıldı

suret67Bakının mərkəzi prospektlərin birində sürət həddi qaldırılıb.

APA-nın məlumatına görə, Heydər Əliyev prospektinin orta yolunda üç xətt üzrə sürət həddi 80 km/saatdan 90 km/saata qaldırılıb.

Buna qədər isə Heydər Əliyev prospektinin orta yolunda yalnız bir xətt üzrə sürət həddi 90 km/saat təşkil edirdi.