Sürücülərin NƏZƏRİNƏ: Bu yolda təmir işləri səbəbindən sıxlıq var

Paytaxtın Əbdülvahab Salamzadə küçəsi, “Qələbə” dairəsi istiqamətində aparılan təmir işləri ilə əlaqədar yolda sıxlıq yaranıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sürücülərdən alternativ yol olaraq Həsən Əliyev küçəsindən istifadə etmək tövsiyə olunur.