Sürücülərin nəzərinə: bu yollarda sıxlıq var

Yağışlı hava şəraiti Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlığa səbəb olub.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

BNA-dan bildirilib ki, hazırda paytaxtın H. Əliyev (şəhər mərkəzi istiqamətində), Neftçilər, Q. Qarayev (metronun Koroğlu stansiyası istiqamətində) və Tbilisi prospektlərində, Y. Səfərov (şəhər mərkəzi istiqamətində) Ü.Hacıbəyli, Z.Əliyeva, küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.