!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sürücülərin nəzərinə: Sabah bu tuneldə hərəkət dayandırılacaq

3 yanvar tarixində saat 11:00-dan axşam saatlarına qədər Ziya Bünyadov prospektinin 20 Yanvar dairəsindən Koroğlu qovşağı istiqamətində yerləşən sonuncu avtomobil tunelində işıqlandırma sisteminin təmiri işləri həyata keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, sözügedən müddət ərzində tunellə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılaraq prospektin yan yoluna yönəldiləcək:

“Sürücülərdən qeyd edilən zaman çərçivəsində sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik”.

www.yenicag.az

199
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100