Sürücülərin NƏZƏRİNƏ: Sabah görmə məsafəsi məhdudlaşacaq

Sabah ölkənin bir sıra magistral yollarında görmə məsafəsi məhdudlaşacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 22-də gecə və səhər dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.