Sürücülərin nəzərinə!

ac7b2dad687d26c1afb61dcd9719c0b7Asif Məhərrəmov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti 3-cü mikrorayon dairəsindən 20 Yanvar küçəsi (Şamaxinka) istiqamətində məhdudlaşdırılıb.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Sürücülərə alternativ olaraq Moskva prospekti və Cavadxan küçəsindən istifadə etmələri tövsiyə olunur(APA).