Sürücülük vəsiqələrinin verilməsi qaydasına dəyişikliklər gözlənilir. Bunlardan biri sınaq mərhələsi layihəsidir.
Yenicag.az xəbər verir ki, təklif olunan dəyişiklik təcrübəsiz sürücülər üçün nəzərdə tutulub.
Nəqliyyat üzrə ekpert Elməddin Muradlı AZTV-yə açıqlamasında bildirib ki, dünyanın bir çox ölkələrində yeni sürücülük vəsiqəsi alanlarla bağlı buna keçid edilib:
“Bu şəxslərə sınaq müddət verilir. Həmin müddət ərzində kobud qayda pozuntularına yol verirsə, onun sürücülük hüququ məhdudlaşdırılır. Bundan sonra o, yenidən imtahan və digər prosedurlara cəlb edilir”.