Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK

Sürücülük vəsiqələrinin etibarlılıq müddətini “myGov” portalında qeydiyyatdan keçməklə yoxlamaq mümkündür.

Yenicag.az Elektron Hökumət Portalına istinadən xəbər verir ki, “myGov” portalında sürücülük vəsiqəsinin etibarlılıq müddəti haqqında aşağıdakı aralıqlarla bildirişlər göndərilir:

– sənədin vaxtına 60 gün qaldıqda

– sənədin vaxtına 30 gün qaldıqda

– sənədin vaxtına 10 gün qaldıqda

– sənədin vaxtı bitdikdə.

COP29