Sürücülük vəsiqəsi olmayanlar qəza törətdilər: Ölən var – VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi Sabirabad rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə açıqlama verib.

Qurumdan Yenicag.az-a bildirilib ki, ötən gün 20:55 radələrində Sabirabad rayonu ərazisindən 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib:

“Belə ki, “Lada Priora” markalı, 50-EK-578 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxaraq qarşıdan gələn VAZ-2107 markalı, 10-EE-719 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşub.

Hadisə nəticəsində VAZ-2107 markalı avtomobilin sürücüsü Tamerlan Zamanov dünyasını dəyişib.

Aparılan araşdırmalar zamanı hər iki avtomobilin sürücüsünün nəqliyyat vasitəsini idarəetmə hüququnun olmadığı məlum olub”.