!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sürücüyə dəmirlə hücum edən şəxsin yeni VİDEOSU

!Reklam – Yazi

Bakıda sürücülər arasında insidentə görə həbs edilən şəxsin yeni görüntüləri yayılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin (BDYPİ) Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədovun “Report”a verdiyi məlumata görə, 36 yaşlı sürücü – Kamal Nəcəfov əməlindən peşman olduğunu deyib.

Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra məlum olub ki, K.Nəcəfov taksi fəaliyyəti ilə məşğuldur.

V.Əsədov qeyd edib ki, həmin sürücü ilə maarifləndirici söhbət aparılıb.

K.Nəcəfov söhbət zamanı səhv etdiyini etiraf edib:

“Digər sürücülərin də belə bir hərəkətə yol verməməsini istəyirəm. Hadisə zamanı qarşısını kəsdiyim sürücüyə də səhv elədiyimi bildirirəm”.

Qeyd edək ki, mayın 12-də Sabunçu rayonu, Zabrat şosesində “Changan” markalı 99 AF 375 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən əks yola çıxdığından ona irad bildirən digər sürücüyə avtomaşından götürdüyü dəmir parçası ilə hədə-qorxu gələn Sabunçu rayonu Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmayan, K.Nəcəfov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Onun barəsində barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

www.yenicag.az

512
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv