!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sürüklənən bəşəriyyət qadınla yüksələcək”

!Reklam – Yazi

1457431659_41Fəxri Məmmədli
ADMİU- nun müəllimi

Müdriklərin birindən sarısaçlı qadınlar yaxşıdır ya qarasaç soruşduqda o , ağsaçlılıar demişdi.Təbiidir ki, burada filosof-yazıçı həyatda etibar edilə biləcək, ömür boyu sadiq olan qadınları,ümumilikdə isə, sevgi hissinin ən yüksək daşıyıcısı olan anaları nəzərdə tutmuşdu. Yazıçının bu fikri ilə birmənalı olaraq razılaşsamda 8 mart saçının rəngindən asılı olmayaraq hər bir xanımın bayramıdır. Bütün qadınlar bu günü qeyd etməyə,xoş söz eşitməyə layiqdir. Ağ saçın fəlsəfəsinə varani da ,varmiyanı da…
Yəqin ki, N.Gəncəvi öküzü qaldırmaqla İsgəndəri məğlub edən Fitnəni ilk növbədə ideya və mənəvi güc baxımından həmin fatehə qalib gəlməsi fonunda çox məcazi düşünmuşdü. Çünki, Fitnə-qadının qələbəsi və ideyası idi. İdeya isə əsasən susmaqla ifadə olunan zəfərdir. Həm də müdrik şair təkcə yaratdığı qadının qələbəsinə fərəhlənməklə kifayətlənməmiş, onu qorumuşduda. Baxmaq günahdırsa gözlərini yum deməklə qadını azad və olduğu kimi qəbul etmişdi. Daha sonra qadın daha da müasirləşərək fəthi özündən böyük olan M.F.Axundzadənin əsas obrazına çevrilir.O, artıq əvvəlkindən daha güclüdür,hətta qurduğu “planlar” baş da tutmuşdu.Qalib idi. Parisi partlatmışdı…
Zaman keçidində qadın daha da güclənir. O, daha ədəbi obraz çərçivəsində məhdudlaşmır.İncəsənətdən reallığa addımladıqca hər addımda güclənir. Sara xatına çevrilərək diplomatik görüşlər keçirir və ya öz mənzilində ədəbi məclis düzəldərək Natəvan olacaq, Şərqdə ilk operanı bəstələyib dünyaya şəfəq salacaq.

Və nəhəyət qadın o qədər güclənib böyüyəcək ki,hər misrası aforizm olan H.Cavid onun qarşısında səcdədə durmağı fəxarət biləcək, həmişə gənc olaraq yaşayan Müşfiq isə görmədiyi qadına şeir yazacaq.

Məhz qadın inəcəsənətlə reallıq arasına böyüdü. Bələcə, hər hansı bir sənətkarın arzuladığı daxili keyfiyyəti əks etdirən obraz olmaqla yanaşı real varlıq kimi də inkişaf etdi.Tam oldu. Ana oldu…Sufi fəlsəfəsiylə ifadə etsək ikidən birə çevrilərək tamlaşdı. Hətta,tamlıq anlayışını dolğunlaşdırdı.
Düşünürəm ki, 8 mart təkcə qadınların bayramı və ya günü deyil. Həm də kişilərçün üzürxaqlıq və məsuliyyət günüdür. Çünki, hələ də çalışdığı ağır fiziki əmək nəticəsində qadın olduğunu illərdir unudan, uşaq evində yaşayan və ən böyük arzusu əlindəki xoşbəxt gəlinciyi atasına göstərmək istəyən qızcıqazlar, metroda əcayib baxışlar fonunda başını qaldıran bilməyən, təhsildən məcburi yayındırılaraq erkən nigaha məcbur edilən, aldadılan xanımlar var. Ümid edirəm bütün bunlara görə yəqin ki, bağışlayarsiz. Axı siz güclüsüz…

Xanımlara gülmək yaraşır sadəcə gülün. Cavid demişkən,Qadın gülərsə bu issız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək…(Türküstan.info)

www.yenicag.az

650
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv