!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sürüşmə aktivləşdi: 75 ev təhlükədə (Yenilənib)

!Reklam – Yazi

 

surushme_16118“Torpaq sürüşməsi səbəbindən İsmayıllı rayonunun Diyallı kəndində 75 ev təhlükədədir”.

Bunu AzNews.az-a açıqlamasında Diyallı kənd icra nümayəndəsi Rəfael Məmmədov bildirib. Onun sözlərinə görə, sürüşmə nəticəsində yaranan çatlar evlərin düz 2 metrliyindən keçir: “Sürüşmə təhlükəli vəziyyət yaradıb. Hələ ki, bütün evlərə ziyan dəyməyib. Amma yaranan çatlar evin 2 metrliyindən keçir. Məsafə çox azdır. Ümumiyyətlə, Diyallı sürüşmə zonası kimi qeydiyyatdadır. Həmin kəndin 70 evi isə Fövqəladə Hallar Nazirliyi tərəfindən qeydə alınıb. Hazırda isə 5 evə ziyan dəyib”.

R.Məmmədov bildirib ki, vəziyyətin pisləşməsinə baxmayaraq, sakinlər yaşadıqları evdən heç yerə çıxarılmayıb: “Axşamdan-axşama gedib qonşularda, qohumlarında qalırlar. Həmin evlərdə daimi yaşayış yoxdur. Hazırda həmin əraziyə əl vurmaq, yəni bərkitmək kimi işlər aparmaq olmaz. Əraziyə əl vursan sürüşmə daha da aktivləşər”.

Ərazi nümayəndəliyinin fikirincə, yeganə çıxış yolu gözləmək və əhalini başqa yerə köçürtməkdir: “Burada yaşamaq qeyri-mümkündür”.

***

“İsmayıllı rayonunda torpaq sürüşməsi səbəbindən artıq bir ailə yaşadığı evindən təxliyyə edilib”.

Bunu Report-a rayon fövqəladə hallar komissiyasının sədri, icra başçısının müavini Rövşən Ağayev bildirib.

R.Ağayev qeyd edib ki, İsmayıllı rayonunda sürüşmə zonasında sakinlərin köçürülməsinə başlanılıb: “İsmayıllı rayonunun Diyallı və Sədiyan kəndlərində baş verən torpaq sürüşməsi nəticəsində yaşayış məntəqələrində təhlükə daha da artıb. Rayonun Sədiyan kənd sakini Ağalı Əliyev 6 nəfərdən ibarət ailəsi ilə birlikdə evindən təxliyyə edilib, daha uç ailəyə xəbərdarlıq edilib. Ümumilikdə sakinlərə bildirmişik ki, əgər sürüşmənin ərazisi genişlənərsə dərhal evlərini boşaltsınlar və müvəqqəti olaraq qohumlarının evində məskunlaşsınlar”.

Qeyd edək ki, sürüşmə nəticəsində Sədiyan kəndində dərinliyi 1,5 və eni 3 metr olmaqla təxminən 300 metr uzunluğunda yarğan əmələ gəlib.

www.yenicag.az

519
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv