Badamdarda sürüşmə zonasında monitorinqlər davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Yenicag.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 09-00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə ciddi dəyişiklik qeydə alınmayıb.
Yuxarı evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur. Vəziyyət stabilləşməyə doğru gedir.