Badamdardakı sürüşmə zonasında gərginlik qalmaqdadır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Yenicag.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə kütləsinin üzərində çox sayda yeni çatlar müşahidə edilir. Sürüşmə sahəsinin yuxarı hissəsində süxur qopmaları davam edir.
Sürüşmə zonasında əsaslı dəyişiklik qeydə alınmayıb.