Sürüşmə zonasının miqyası genişlənir – Badamdarda SON DURUM

Bakının Səbail rayonunda, Badamdar şosesindəki sürüşmə zonasının miqyası genişlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 09-00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə aktivlik gecə boyu davam edib.

Dünən dağılan hasarın qalan hissəsi gecə saatlarında uçub. İçəridəki tikilinin alt süxurlarında boşalmalar qeydə alınıb. Hasar ətrafı ərazilərdə sürüşmənin miqyası genişlənməkdədir.

COP29