!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Şuşa” adlı kitab işıq üzü gördü

!Reklam – Yazi

Bu yaxınlarda Zaur Əliyevin 12-ci kitabı işıq üzü gördü. Kitab Qarabağın şah şəhəri olan Şuşa haqqındadır. Yeni əsəri haqqında danışan Zaur Əliyev Yeniçağ.az-a bunları dedi:

“Azərbaycan, Rus, İngilis, Alman və Fransız dillərində dərc edilən kitabda Şuşanın tarixi geniş şəkildə arxiv sənədləri və alimlərin əsərlərinə istinadən tədqiq edilib. Kitabda Şuşa adının mənası, ərazidə yaşayan qədim xalqlar barəsində söz açılıb, bu qədim ərazinin İslam dini yayılandan sonra, Atəbəylər, Səfəvilər, Əfşarlar, Cümhuriyyət, Sovetlər dövründə və müasir respublika illərindəki inkişaf tarixi kitabda qeyd edilib. Şuşa şəhərinin salınması, o dövrdə baş verən proseslər də kitabda geniş araşdırılıb”.

Müəllifin sözlərinə görə, kitabda Şuşa məhəllələri, Qarabağ müharibəsi zamanı dəyən zərər və itkilər də öz əksin tapıb. Epiloqda isə dağıdılan Şuşa səhərinin abidələrinin siyahısı verilib.

Kitabın rəyçisi İsveçdə yaşayan soydaşımız Leila Kiani və redaktoru dövlət idarəçiliyi üzrə magistr Hikmət Həsənovdur.

Yeniçağ.az

www.yenicag.az

1050
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv