!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Şuşa Bəyannaməsi daha detallı ola bilərdi" - Partiya sədri

!Reklam – Yazi

“Dünyada gedən proeslər bundan kənara çıxmağa şərait yaratmır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında iyunun 15-də Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsinin imzalanmasını dəyərləndirən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev səsləndirib.

Bəyannaməni yüksək qiymətləndirdiyini söyləyən partiya sədri qeyd edib ki, sənəddəki müddəalar daha detallı şəkildə əks oluna bilərdi:

“Şuşa Bəyannaməsinin imzalanması müsbət hadisədir. Bu Bəyannamə Azərbaycan-Türkiyə münasibətlərinin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi üçün zəmindir. Lakin daha da detallı ola bilərdi. Ancaq dünyada gedən proseslər də bundan kənara çıxmağa şərait yaratmır. Ona görə də bu, yüksək səviyyəli sənəd kimi qeyd olunmalıdır”.

Aqil Bəkir

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv