!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şuşa Bəyannaməsində ortaq maraqlar: "Bu sahələrdə əməkdaşlıqlar sıxlaşacaq" - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycana qarşı istənilən xarici təhlükə və təhdid halında Türkiyənin müdaxilə etmək hüququ var ki, bu da Azərbaycan baxımından önəmli məsələdir”.

Bu sözləri “Şuşa Bəyannaməsi”nin tarixi əhəmiyyətinə toxunan politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

Politoloqa görə, bəyannamənin şərtlərinə əsasən Azərbaycan və Türkiyə arasında çoxşaxəli qarşılıqlı hərbi yardımın göstərilməsi nəzərdə tutulur:

“Əlbəttə ki, burada artıq 30 ilə yaxın müddətdə işğal altında qalmış Azərbaycan ərazilərinin böyük hissəsinin işğaldan azad edilməsi və həmçinin bu işğaldan azad edilmə prosesində Türkiyə müdafiə sənayesinə məxsus silahların, xüsusilə də PUA-ların fəal iştirakını qeyd etmək yerinə düşər.

Burada digər mühüm məsələ Türkiyə ilə bağlıdır. Türkiyə 30 il ərzində Azərbaycanda özünün müdafiə qabiliyyətini artırmağı bacarıb, nizami ordu quruculuğu işində ciddi uğur əldə edib. Burada qeyd edilməsi vacib məsələ Azərbaycanın ordu quruculuğunda Türkiyənin yaxından iştirakıdır. Ümumilikdə Azərbaycanla Türkiyə arasında imzalanmış istənilən sənəd yalnız tərəflərin maraqlarına xidmət edir. Bu fonda Şuşa Bəyannaməsində qeyd edilən şərtlər prinsip etibarilə tərəflərin hərbi və müdafiə sahəsində əməkdaşlıqlarını sıxlaşdırır və onun daha da dərinləşməsi üçün geniş imkanlar açmış olur. Yəni, bundan sonra istənilən halda Türkiyə Azərbaycanın təhlükəsizliyinin əsas təminatçılarından biri hesab edilir”.

Samir Hümbətov hesab edir ki, Türkiyənin son zamanlar regionda artan nüfuzu mahiyyət etibarilə Azərbaycana böyük imkanlar yaradır:

“Azərbaycan ordusu Türkiyə ordu sisteminə uyğun olaraq modernizasiya edilə bilər ki, bu da yüksək peşəkarlıq deməkdir. Eyni zamanda Azərbaycan ordusunun arsenalında Türkiyə müdafiə sənayesinə məxsus silahları daha çox görə bilərik. Ən əsası isə Azərbaycana qarşı istənilən xarici təhlükə və təhdid halında Türkiyənin müdaxilə etmək hüququ var ki, bu da Azərbaycan baxımından önəmli məsələdir. Türkiyənin regionda varlığı, digər maraqlı qüvvələrin Azərbaycana qarşı istənilən təhdid planının mənasız olması anlamına gəlməsi deməkdir”.

Gülşən Şərif

www.yenicag.az

543
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv