!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Şuşa Bəyannaməsinə böyük əhəmiyyət verirəm" - TÜRKSOY Baş katibi ilə MÜSAHİBƏ

!Reklam – Yazi

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Baş katibi Düsen Kaseinov Yenicag.ru-ya müsahibə verib.

Yenicag.az xəbər verir ki, Düsen Kaseinov türk ölkələri arasındakı mədəni əlaqələrin hazırki durumu, TÜRKSOY tərəfindən reallaşdırılan layihələr, Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi, Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edilməsi və s. bu kimi məsələlərlə bağlı fikirlərini bölüşüb.

Kaseinov Türkiyə prezidentinin Şuşa şəhərinə səfəri zamanı imzalanan Bəyannaməni yüksək qiymətləndirdiyini vurğulayıb:

“Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri və burada imzalanan Şuşa Bəyannaməsinə Türk dünyası ilə əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət verirəm.

Bu illər ərzində TÜRKSOY-un himayəsi altında mədəni əməkdaşlıq sahəsində böyük uğurlar əldə etmişik. Bu səfər çərçivəsində Türkiyə prezidentinin Milli Məclisdəki çıxışı zamanı qədim Şuşa şəhərini Türk dünyasının mədəniyyət paytaxtı elan etmə təklifinin alqışla qarşılanması “Türk dünyasının mədəniyyət paytaxtı” beynəlxalq layihəsinin uğurunu bir daha təsdiqlədi. Biz TÜRKSOY Daimi Şurasının üzvü olan ölkələrin mədəniyyət nazirlikləri ilə bu mövzuda dərhal hazırlıq işlərinə başlamağa hazırıq”.

TÜRKSOY Baş katibi Şuşa şəhərinin əvvəlki möhtəşəmliyinə qovuşdurulması üçün səy göstərəcəklərini qeyd edib:

“Azərbaycanın erməni işğalından azad edilmiş Şuşa şəhərinin türk xalqlarının ortaq mədəniyyətinə əsaslanaraq yenidən əvvəlki yüksək səviyyəsinə qalxması üçün hər cür səy göstərəcəyik. Qısa müddətdə başlatdığımız transformasiyanın Türk dünyası əlaqələrində yeni üfüqlər açacağına ürəkdən inanırıq”.

Müsahibənin geniş versiyası BURADA

Söhbətləşdi: Rüstəm Qasımov

www.yenicag.az

1672
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv