Azərbaycanda ilk dəfə Şuşa Dövlət Peşə Təhsil Mərkəzində üç yeni ixtisas tədris olunacaq.
Yenicag.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov məlumat verib.
O bildirib ki, həmin ixtisaslara daş memarlıq abidələrinin bərpaçısı, bədii tikmə ustası, musiqi alətlərinin ustası aiddir: “Proqramların hazırlanması istiqamətində işlər görülür”.
C.Kərəmov əlavə edib ki, hazırda Qubadlı, Zəngilan, Ağdam və Şuşada peşə mərkəzləri ilə bağlı layihələndirmə işləri gedir.