Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində baş tutan Qlobal Media Forumunun üçüncü günü “Mediada investisiya və istehlak tendensiyaları” adlı sessiyanın davamı ilə başlayıb.
Yenicag.az xəbər verir ki, tədbirdə yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak edirlər.
“PA Media Qrup”un baş icraçı direktoru Clive Marşall, “DigiTips” şirkətinin təsisçi və baş icraçı direktoru Mattias Lüfkens, müdafiə analitiki Oubai Şahbandar, Gürcüstanın İctimai Televiziyasının baş direktoru Tinatin Berdzenuşişvili dezinformasiya və feyknyusla mübarizə üsullarından danışıblar, media məhsullarının istehsal və istehlakı ilə bağlı dəyişən trendlər, mediada investisiya məsələləri media savadlılığının peşəkar medianın inkişafında rolu, yeni mediada dəyər zəncirinin yaradılması və biznes modellərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.
Forum işini iyulun 23-də yekunlaşdıracaq.