Şuşa istiqamətində düşmənin döyüş texnikaları məhv edildi – VİDEO

Şuşa istiqamətində düşmənin mühasirəyə alınan qüvvələrinin məhv edilməsi əməliyyatı davam edib.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, noyabrın 9-da Laçın-Şuşa yolu üzərindəki Zarıslı kəndi yaxınlığında mühasirədən çıxmaq məqsədilə bölmələrimizin üzərinə hücum etməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin 1 tankı və 1 PDM-i zərbə PUA-ları ilə məhv edilib.

Həmin anları əks etdirən videogörüntülər təqdim edilir.