!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Şuşa ölkənin bütün şəhərlərindən fərqlənəcək" - Ekspertdən tender nəticəsinə MÜNASİBƏT

!Reklam – Yazi

“Şuşa şəhərinin yenidən qurulması birbaşa ölkə başçısı İlham Əliyevin nəzarəti altındadır”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Şuşanın baş planının hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Tenderin qalibi Böyük Britaniyanın “Chapman Taylor” şirkətidir. Qalib şirkətə 3,941 milyon manat ödənilməsi nəzərdə tutulub.

Mövzu ilə bağlı “Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Yenicag.az-a açıqlamasında bildirib ki, qeyd olunan şirkətin gözləntiləri doğruldacağına ümid etmək olar:

““Chapman Taylor” şirkətinin əvvəlki fəaliyyətini araşdırmamışam. Ona görə də fəaliyyəti dövründə əldə etdiyi təcrübələrdən Şuşanın baş planında istifadə edilməsinin doğru olub-olmaması barədə konkret fikir deyə bilmərəm. Yəqin ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu məsələlərə araşdıraraq qərar verib. Ola bilsin ki, sözügedən şirkət öz sahəsi üzrə böyük təcrübəyə malikdir. Çünki Şuşanın Baş Planının hazırlanması kifayət qədər incə bir məsələdir.

Hətta prezident öz çıxışlarında da Şuşanın əvvəlki görünüşünün qaytarılması və daha müasir formaya gətirilməsi istiqamətində zəruri olan bütün addımların atılacağını bildirib. Eyni zamanda Şuşa ilə bağlı ayrıca qanun aktının hazırlanması və bir sıra dövlət qurumlarının bu prosesdən kənarda saxlanması onu deməyə əsas verir ki, Şuşa şəhəri ekoloji, şəhərsalma və nəqliyyat infrastrukturu baxımından ölkənin bütün şəhərlərindən fərqlənəcək. Ümumilikdə düşünürəm ki, müvafiq qurumlar Şuşa kimi önəmli məsələyə olduqca ciddi yanaşıblar və tenderin qalibi olan şirkət tələblərinə uyğun olduğu üçün seçilib”.

Gülşən Şərif

www.yenicag.az

457
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv