Şuşa şəhərində İlham Əliyevə dəstək yürüşü keçirilir

Növbədənkənar prezident seçkisi ilə əlaqədar “exit poll” nəticələri açıqlandıqdan sonra Şuşa şəhərində yürüş keçirilir.

Yenicga.az xəbər verir ki, avtomobillər dövlət bayraqları ilə şəhərin küçələrində dövrə vurublar.

Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkisinin “exit poll” nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib./Apa/

COP29