Şuşa-Turşsu yolu minalardan təmizlənir – VİDEO

RF Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağda sülhməramlı əməliyyat zonasını minalardan təmizləməyə davam edir.

Yenicag.az-a xəbər verir ki, bu barədə kadrları “RT” yayımlayıb.

Görüntülərdə Rusiya sülhməramlılarının Şuşa-Turşsu yolunu minalardan təmizləməsi əks olunub.

Bildirilir ki, Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağda təxminən 1150 partlayıcı obyekt zərərsizləşdirib. Ümumilikdə təxminən 50 hektar ərazi təmizlənib.