Şuşa yolunda yük maşını aşdı: Ölən var

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda ölümlə nəticələnən qəza baş verib.

Bununla bağlı AzTV məlumat yayıb.

Belə ki, yolun 64-cü kilometrliyində 99-XU-742 dövlət nömrəli yük maşınının sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi uçuruma yuvarlanıb.
Qəza nəticəsində sürücü həlak olub.