Şuşada buz bağlayan yüksəkgərginlikli elektrik xətti belə təmizləndi – FOTO

“Azərenerji”nin əməkdaşları Şuşada buz bağlayan yüksəkgərginlikli elektrik xəttini təmizləyib.

Bu barədə Yenicag.az-a “Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev məlumat verib.

Onun sözlərinə görə, mövcud hava şəraiti ilə əlaqədar olaraq yüksəkgərginlikli Füzuli-Şuşa hava xətti buz bağlayıb: “Qurumun əməkdaşları xüsusi geyim və avadanlıqlardan istifadə edərək buzun təmizlənməsi işini həyata keçirib”.

Qeyd edək ki, 110 kVt-luq Füzuli-Şuşa xətti öz başlanğıcını “Şükürbəyli” stansiyasından götürür. Ümumi uzunluğu 75 olan hava xətti Şuşa şəhərinin işıqlandırılmasında xüsusi rol oynayır.